вівторок, 4 березня 2014 р.

Azerbaijani Government Must Solve Journalists Murders

Azərbaycan Hökuməti Jurnalistlərin Qətllərinin Üstünü Açmalıdır

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

Azərbaycan media və vətəndaş cəmiyyəti nümayəndələri adından

AÇIQ MÜRACİƏT

Cənab prezident,

26 noyabr 2013-cü ildə BMT Baş Assembleyasının Üçüncü Komitəsi jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq məsələsi ilə bağlı qətnamə qəbul edib. Bu qlobal narahatlığın yüksək səviyyədə olduğunun göstəricisidir.
Cəzasızlığa son qoymağın yeganə yolu isə jurnalistlərin qatillərinin məhkəmə qarşısına çıxarılmasıdır ki,
bu da Azərbaycanda təmin olunmayıb.


Martın 2-də 2005-ci ildə yaşadığı binanın qarşısında odlu silahla qətlə yetirilmiş tanınmış tənqidçi jurnalist  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun hələ də üstü açılmamış qətlinin doqquz ili tamam olur.

Azərbaycan hakimiyətini, o cümlədən Sizi ən sərt tənqid edən Elmar Hüseynov qətlə yetirildiyi zaman Siz dövlət başçısı olaraq dərhal reaksiya verərək, bu cinayəti pislədiniz və bunu həmin ilin (2005-ci ilin) payızında
baş tutacaq parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa yönəlmiş bir vəhşilik adlandırdınız. Siz həmçinin söz verdiniz ki, qısa zamanda bu cinayəti törədənlər tapılıb cinayət məsuliyətinə cəlb olunacaq. Ancaq 9 il
keçməsinə baxmayaraq, iş üzrə hər hansı nəticə əldə olunmayıb.

Son 9 ildəki ümumi mənzərə onu göstərir ki, hüquq-mühafizə orqanları bu qətlin açılmasında maraqlı deyil. Hüquq-mühafizə orqanları Azərbaycan cəmiyyətindən jurnalistin qətli ilə bağlı məlumatları qapalı saxlamaqla, sanki kimlərinsə maraqlarını  təmin edir.

İndiki hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri 2005-ci ilin oktyabrından bu günə kimi həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu il yanvarın 17-də keçirilən məhkəmə zamanı bildirib ki, “Bu hakimiyyət Şahmərdan Cəfərovu, Elmar Hüseynovu, Ziya Bünyadovu güllələyib öldürüb”.

Azərbaycanın hüquq-mühafizə orqanları Hüseynovun qatillərini tapmaq üçün hərtərəfli araşdırma aparmalıdır. Qətlin sifarişçilərinin Azərbaycan hökuməti ilə bağlılığı barədə daha öncə də iddialar səslənib, lakin
istintaqın həmin iddiaları araşdırdığına dair cəmiyyətdə heç bir məlumat yoxdur. İddialar doğrudursa ,  istintaqın qətlin ört basdır olunmasında maraqlı olan  şəxslərin nəzarəti altında aparıldığından  şübhələnməyə əsas var.

Biz qətlin mümkün sifarişçiləri barədə səslənən bütün iddiaların, o cümlədən Əli İnsanovun bəyanatının dərhal və şəffaf şəkildə araşdırılmasına çağırırıq.

Hüseynovun faciəli qətlindən doqquz il keçdiyi bir vaxtda, biz hüquq-mühafizə orqanlarından onun qətli ilə bağlı bütün məlumatları ictimailəşdirməyi, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri üçün  alternativ tədqiqatın
aparılması üçün zəruri şəraitin yaradılmasını tələb edirik.

Hüseynovun qətlindən bəri Azərbaycanda jurnalistlərə qarşı 300-dən artıq fiziki hücum faktı və daha bir jurnalistin qətli baş verib. 2011-ci ilin noyabrında yazıçı jurnalist Rafiq Tağı yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən yeddi bıçaq zərbəsinə məruz qalıb. Cərahiyyə əməliyyatından sonra Tağı sağalmağa
başlasa da, dörd gün sonra media ictimaiyyətinin şübhəli hesab etdiyi bir şəraitdə qəflətən dünyasını dəyişdi. 2014-cü ilin yanvarında Prokurorluq Tağının qətli ilə bağlı başlanmış istintaqı dayandırıb. Bu qətllə bağlı
heç kim məsuliyyətə cəlb olunmayıb. Hakimiyyət Rafiq Tağının qətli ilə bağlı yeni, effektiv və şəffaf istintaqa başlamalı və cavabdehləri aşkar edərək məsuliyyətə cəlb etməlidir.

Elmar Hüseynovun və Rafiq Tağının qətllərinin açılmaması və qatillərin  cəzasız qalması, jurnalistlərin ölümlə susdurulması praktikasına rəvac verir və biz Azərbaycan hökumətini  jurnalistlərə ünvanlanan bütün ölüm
təhdidlərini araşdırmağa və belə təhdidlərlə üzləşən jurnalistlərin təhlükəzisliyini təmin etməyə çağırırıq.

Biz, Sizin hökuməti jurnalistlərə hücum edən və onları qətlə yetirən şəxslərin cəzasızlığına son qoymağa, jurnalistlərə qarşı baş vermiş bütün zorakılıq hallarının üstünün açılmasını və günahkarların qanuna uyğun
şəkildə cəzalandırılmasını təmin etməyə çağırırıq.

Biz, Azərbaycanın hüquq-mühafizə orqanlarını 2005-ci ildə Elmar Hüseynovun, 2011-ci ildə isə Rafiq Tağının qətllərinin sifarişçilərini və icraçılarını həbs edərək barələrində cinayət işinə başlanılmasına, həmçinin
jurnalistlərə qarşı bütün təhlükə hallarını tam araşdırmağa və onlar üçün adekvat müdafiə mexanizmi
yaratmağa çağırırıq.

Ümidvarıq ki, hökumət bu faktları ətraflı araşdırmaqla və cinayətkarları məsuliyyətə cəlb etməklə qanunun aliliyini təmin edəcək.

Hörmətlə

1.       Adnan Hacızadə, blogger və onlayn fəal

2.       Anar Orucov, Qafqaz Media Tədqiqatlar Mərkəzi

3.       Aytəkin İmranova, İslam, Demokratiya və İnsan
Hüquqları Mərkəzi

4.       Cəsur Məmmədov, "Doktrina" Hərbi Araşdırmalar Mərkəzi

5.       Çingiz Sultansoy, jurnalist

6.       Əfqan Muxtarlı, jurnalist

7.       Elçin Abdullayev, “Demokratik Təsisatlar və İnsan
Hüquqları” İB

8.       Eldar Zeynalov, Azərbaycan İnsan Hüquqları Mərkəzi

9.       Elşən Həsənov, "Siyasi Məhbuslarsız Azərbaycan"

10.     Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik
İnstitutu

11.     Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları
Resurs Mərkəzi

12.     Gülnarə Axundova, hüquq müdafiəçisi

13.     Günay İsmayılova, hüquqşünas

14.     İdrak Abbasov, jurnalist

15.     İntiqam Əliyev, “Hüquq Maarifçiliyi Cəmiyyəti”

16.     Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi

17.     Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun direktoru

18.     Məhəmməd Talıblı, “İqtisadi İnnovasiya Mərkəzi”

19.     Mehman Əliyev, Turan İnformasiya Agentliyi

20.     Məmməd Məmmədzadə, Seçkilərin Monitorinqi və
Demokratiyanın
Tədrisi Mərkəzi

21.     Mirvari Qəhrəmanlı, “Neftçilərin Hüquqlarının Müdafiəsi
Mərkəzi”

22.     Natiq Cavadlı, jurnalist

23.     Novella Cəfərova, D. Əliyeva adına Qadın Hüquqlarının
Müdafiəsi
Assosiasiyası

24.     Oqtay Gülalıyev, “Demokratik İslahatlar Uğrunda Cəmiyyət”

25.     Rahim Hacıyev, Azadlıq qəzeti

26.     Ramin DEKO, jurnalist

27.     Rauf Arifoğlu, Yeni Müsavat qəzeti

28.     Rəşid Hacılı, “ Media Hüquqları İnstitutu”

29.     Rəsul Cəfərov, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti

30.     Rövşən Hacıyev, Demokratik Jurnalistika Məktəbi

31.     Röya Rəfiyeva, jurnalist

32.     Şahbaz Xuduoğlu, "Qanun" nəşriyyatı

33.     Samir Kazımlı - Siyasi Azadlıqları Müdafiə Alyansı

34.     Samirə Ağayeva, hüquqşünas

35.     Sədaqət Paşayeva, jurnalist

36.     Tural Mustafayev, Meydan TV

37.     Xalid Vahidoğlu, Jurnalist, Regional İnsan Hüquqları və
Media Mərkəzi

38.     Xədicə İsmayılova, jurnalist

39.     Yaşar Cəfərli, İstefada olan Zabitlər İctimai Birliyi

3 MART 2014

Azerbaijani Government Must Solve Journalists Murders

TO: Mr. Ilham Aliyev, President of Azerbaijan’s Republic

FROM: Azerbaijan’s civil society and media

OPEN LETTER

Dear President Aliyev,

On November 26 2013, the Third Committee of the United Nations
General Assembly
passed a resolution on the safety of journalists and the issue
of impunity, a
demonstration of the deep level of global concern. The only way
to break the
cycle of impunity is to bring to justice the killers of
journalists, something
Azerbaijan has failed to do.

March 2 marked the nine years of the so-far-unsolved murder of
the well-known
critical journalist, editor-in-chief of Monitor magazine Elmar
Huseynov, who was
killed by gunshots in front of the building where he lived in
2005.

When Elmar Huseynov, who widely known for his harsh criticism
of you and
Azerbaijani authorities, was murdered, you immediately
condemned the crime,
calling it a barbaric act aimed at destabilizing the country
ahead of
parliamentary elections scheduled that fall. You also pledged
both the murder
would be solved in 40 days. However, after nine years, nothing
has been achieved
in this case.

General overview of the past 9 years demonstrates that the
law-enforcement
agencies are not interested in solving this murder. Instead,
Instead, they keep
back from the Azerbaijani public the information on the
journalist's murder, as
if serving the interests of certain people.

Ali Insanov, one of the founders of ruling party Yeni
Azerbaycan and former
health minister, who has been in jail since October 2005 until
now, stated at a
hearing of his trial on 17 January 2014 that "These authorities
have shot to
death Shahmardan Jafarov, Elmar Huseynov and Ziya Bunyadov."

Azerbaijani law enforcement agencies should explore every lead
in the search for
Huseynov’s killers. Earlier similar allegations had been voiced
about a link
between those who ordered Huseynov's murder and Azerbaijani
authorities, but the
public is not informed whether those allegations were
investigated or not. If
these allegations are true, then there is a ground for
suspicion that the
investigation is conducted under oversight of people interested
in cover-up of
this murder.

We call for immediate and transparent investigation into all
allegations about
potential orderers of this murder, including Ali Insanov’s
statement.

Nine years after Huseynov’s tragic death, we demand that the
law enforcement
agencies make public all information related to his murder, and
to create
necessary conditions so that civil society representatives
carry out alternative
investigation.

Since Huseynov’s murder, there have been more than 300 attacks
against
journalists in Azerbaijan, including another murder. In
November 2011, prominent
writer and journalist Rafig Tagi was attacked in the street
near his home by an
unknown assailant who stabbed him seven times. Following
surgery, Tagi had
appeared to be in recovery, but he then died four days after
the attack under
circumstances the local media community considered suspicious.
In January 2014,
the Ministry of Interior closed the investigation into Tagi’s
murder. No one has
been brought to book in this case. The authorities should
immediately launch the
new, effective and transparent investigation into the murder of
Rafiq Tagi, and
identify and bring those responsible to justice.

Failure to solve Elmar Huseynov's and Rafiq Tagi's murders and
impunity for
their killers leads to the emergence of a practice of silencing
the journalists
with death, and we call upon the Azerbaijani government to
investigate all death
threats against journalists and ensure safety of journalists
facing such
threats.

We call on your government to put an end to all forms of
impunity for those who
attack or kill journalists and ensure that all cases of
violence against
journalists are resolved and all guilty parties are punished in
accordance with
the law.

We urge law enforcement agencies of Azerbaijan to detain and
prosecute the
masterminds who ordered the killings of Elmar Huseynov in March
2005 and Rafig
Tagi in November 2011, as well as those who carried out the
attacks, and fully
investigate all threats against journalists and establish
adequate protection
mechanisms.

We hope that your government will uphold the rule of law by
thoroughly
investigating these cases and ensuring the perpetrators of the
crimes are
brought to justice.

Sincerely,

1.      Adnan Hajizade. blogger and online activist

2.      Afgan Mukhtarli, journalist

3.      Anar Orujov, Caucasus Media Investigations Center

4.      Asabali Mustafayev,  Democracy and Human Rights
Resource Centre

5.      Aytekin Imranova, Islam, Democracy and Human Rights Center

6.      Chingiz Sultansoy, journalist

7.      Elchin Abdullayev, Democratic Institutions and Human
Rights

8.      Eldar Zeynalov, Human Rights Center of Azerbaijan

9.      Elshan Hasanov, Azerbaijan Without Political Prisoners

10.    Emin Huseynov , Institute for Reporters’ Freedom and Safety

11.    Gulnara Akhundova, Rights advocate

12.    Gunay Ismayilova, lawyer

13.    Idrak Abbasov, journalist

14.    Intigam Aliyev, Legal Education Society

15.    Jasur Mammadov, director of "Doctrine" Centre for
Military Studies

16.    Khadija Ismayilova, journalist

17.    Khalid Vahidoglu, Journalist, Chairman of Regional Human
Rights and Media
Center

18.    Leila Alieva, Center for National and International Studies

19.    Leyla Yunus, Director of the Institute for Peace and
Democracy

20.    Mammad Mammadzade, Election Monitoring and Democracy
Studies Center

21.    Mehemmed Talibli, Economic Innovation Center

22.    Mehman Aliyev, Turan Information Agency

23.    Mirvari Gahramanli, Committee to Protect Oil Workers

24.    Natig Javadli, journalist

25.    Novella Jafarova, Association for Protection of Women’s
Rights, on behalf
of D. Aliyeva

26.    Ogtay Gulaliyev, Society for Democratic Reforms

27.    Rahim Hajiyev, Azadliq newspaper

28.    Ramin DEKO, journalist

29.    Rashid Hacili, Media Rights Institute

30.    Rasul Jafarov, Legal Protection and Awareness Society

31.    Rauf Arifoglu, Yeni Musavat newspaper

32.    Rovshan Hajiyev, Democratic Journalism School

33.    Roya Rafiyeva, journalist

34.    Samir Kazimli - Coordinator of the Alliance for
Protection of Political
Freedoms

35.    Samire Agayeva, lawyer

36.    Sedaget Pashayeva, journalist

37.    Shahbaz Khuduoglu, director of the "Ganun" publishing house

38.    Tural Mustafayev, Meydan TV

39.    Yashar Jafarli, Retired Officers Public Union

3rd March, 2014

Немає коментарів:

Дописати коментар